"TIR" minik avtomobili ilə toqquşdu - FOTO 

10:42 26.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az trend-ə istinadən xəbər verir ki, qəza Binəqədi qəsəbəsi, Biləcəri dairəsi adlanan yerdə qeydə alınıb. Qəza minik avtomobili ilə "TIR" arasında baş verib. Dairəyə girən yük avtomobili "Hyundai" markalı minik avtomobilini arxadan vurub.

Qəzada xəsarət alan olmasa da, minik maşınına ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları cəlb olunublar.

 

Qəza baş verən ərazidə bir müddət tıxac yaranıb.